Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəngə qalib gələn 70 yaşlı qadın ərə getdi

  • 2024.04.19 18:22
  • 1523 Baxış
Xərçəngə qalib gələn 70 yaşlı qadın    ərə getdi

ABŞ-ın Texas ştatında 70 yaşlı qadının sevdiyi insanla toyu baş tutub.


“Medicina” xəbər verir ki, Şeri Şou vəö Bill Ceyms 2020-ci ildə tanış olublar. Onlar evlənməyə hazırlaşanda, Şeridə şiş aşkarlanıb.


O, Bildən ayrılmaq istəsədə də, kişi onu tək qoymayıb.

2021-ci ildə ona nadir bağırsaq xərçəngi diaqnozu qoyulur.

Qadın 1 il öncə kolonokospiya etdirdiyini, hər şeyin normal olduğunu desə də diaqnoz təsdiqlənir.

Özü də tibb bacısı olmuş Şou 77 yaşlı Billin həyatını çətinləşdirməmək üçün hər şeyi etiraf edib və ayrılmaq istədiyini deyib.


Şeri bütün xəstəxanaları araşdırıb, Anderson adına Texas universiteti xəstəxanasını seçib.

Artıq xərçəngin 3-cü mərhələsində olan Şerinin müalicəsi həftəlik şüa və kimyaterapiyalarla keçirdi.

Bu müddətdə Ceyms onunla qalır və ona dəstək olurdu.

6 ay sonra Şeri artıq xərçəng şişinin qalmadığı xəbərini alır.

2023-cü ilin yanvarında Bill ona evlənmə təklifi etdi.

Toyda gəlinin xahişi onu müalicə edən onkoloqları şahid olublar.

“Onların zəhməti olmadan bu gün həyatda olmazdım. Göydə Allah, yerdə onlar məni xilas etdi”.

Aygün Musayeva