Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəngdən qoruyan otaq bitkiləri

  • 2023.07.10 18:52
  • 2212 Baxış
Xərçəngdən qoruyan otaq bitkiləri
Sidney Texnologiya Universitetinin alimləri bitkilərin yaşayış və ofis binalarında havanı nə qədər effektiv təmizləməyə qadir olduğunu öyrəniblər. İlk növbədə, zəhərli çirkləndiricilərin - kanserogenlərin konsentrasiyasının azalması təhlil edilib



“Medicina” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qlobal miqyasda pis hava keyfiyyəti 6,7 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur. Eləcə də vaxtımızın 90%-ni qapalı məkanda keçirdiyimiz üçün aydın olur ki, havanın tərkibini yaxşılaşdırmağın yollarını tapmaq çox vacibdir.


Biz bilirik ki, qapalı hava açıq havadan daha çox çirklənir və bu, psixi və fiziki sağlamlığa təsir göstərir. Ancaq yaxşı xəbər var: araşdırma göstərdi ki, qapalı məkanda otaq bitkiləri saxlamaq havanı tənzimləyir.


Ev bitkiləri ilə aparılan təcrübələr göstərib ki, onlar geniş çeşiddə qapalı mühiti çirkləndiricilərdən təmizləyə bilirlər.

Bitkilər bir neçə saat ərzində havadan ən zərərli çirkləndiriciləri çıxarır. Kanserogen benzol isə spirt kimi daha az zərərli maddələrdən daha tez yox olur. Havada toksinlər nə qədər çox olsa, bitkilər onları bir o qədər tez və effektiv şəkildə çıxarır.


Məlum olub ki, bu kimyəvi maddələrlə nəfəs alma ağciyərlərin qıcıqlanmasına, baş ağrılarına və ürək bulanmasına səbəb ola bilər. Uzun müddət məruz qaldıqda xərçəng, astma və digər xroniki xəstəliklər riskinin artması ilə də əlaqələndirilir.

Bitkilər sağlamlığı, rifahı yaxşılaşdırır. Beləliklə, iş yerinizdə və evinizdə zərərli qapalı hava çirkləndiriciləri ilə mübarizə aparmağın ən yaxşı, ən sərfəli bitki yetişdirməkdir.

Günay Quliyeva