Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəngdən qoruyan, beldəki yağları əridən məhsulun 15 faydası

  • 2020.09.10 15:33
  • 3217 Baxış
Xərçəngdən qoruyan, beldəki yağları əridən məhsulun  15 faydası
Yaşıl çay bütün dünyada məşhur bitki və içki növüdür. Yaşıl və qara çay kamellia bitkisindən hazırlanır. Müxtəlif əlavələrlə ona fərqli dadlar və aromatlar verilir. Xüsusi ilə də arıqlatma xüsusiyyəti ilə qadınların diqqətini çəkir. Tərkibində olan vitamin və minerallar sayəsində bədəni tox tutur və metobalizmanı sürətləndirir.

Medicina.az yaşıl çayın faydalarını təqdim edir:

Günümüzdə ən çox qadınların seçimi olan kamellia yarpaqlarından əldə edilən çay antioksidan qaynağıdır. Qan dövranın tənzimləyən, tərkibindəki amin turşuları, karbohidrat, “E”, “C”, “B” vitaminləri sayəsində insan sağlamlığı baxımından da önəmli rol oynayan yaşıl yarpaqlı çayı gündə 2 dəfə içə bilərsiniz. Sağlamlığımız üçün lazım olan mineralı tərkibində olan yaşıl çay bədənin istənilən vitamin və mineralları almasına kömək edər. Metobalizmanı sürətləndirər və yığılan yağın məhv olunmasına kömək edən çayın xərçəngə qarşı da qoruduğu qeyd ediılir.

Yaşıl çayın faydları nələrdir?

Mütəxəssislərə görə, yaşıl çayın istifadəsindən sonra beldəki yağlar 2-3 sm qədər incəldir.

İmmunitet sistemini təmizləyir;

Metabolizmanı sürətləndirir;

Qan dövranını hərəkətləndirir;

Üz və saç sağlamlığını qoruyur;

Arıqlatma xüsusiyyəti ilə hər zaman seçilir,

Stresslə mübarizə edərək sakitləşdirir;

Temperaturu aşağı salır;

Yaddaşı gücləndirir;

Yorğun gözaltı torbalarına kompres olaraq tətbiq edilə bilər,

Xolestrolu aşağı salır;

Soyuqdəymədə istifadə edilir,

Diş çəkimindən sonra qanaxmanı və ya ağrını saxlamaq üçün kompres edilir;

Yaşıl çay metobalizmanın sürətlənməsinə və yağın parçalanmasına kömək edər. Mütəxəssislər yeməkdən əvvəl və ya sonra içilməsini tövsiyyə edir. Yaşıl çay yeməkdən əvvəl içildikdə arıqlamağa kömək edər. Yeməkdən 2 saat sonra içildikdə isə həzmi asanlaşdırır. Digər tərəfdən də xərçənglə mübarizə aparır.

Yaşıl çay arıqladırmı?

Yaşıl çay immuniteti gücləndirmə və arıqlatma xüsusiyyəti var. Mütəxəssislər gündə 2 dəfə yaşıl çay içməyimizi məsləhət görür. Tərkibindəki vitaminlər sayəsində yağın parçalanmasını sürətləndirir. Buna görə də pəhrizlərdə tez-tez istifadə edilir. Xüsusən də son illərdə enerjivermə xüsusiyyəti ilə iştahanı kəsir.