Türkiyəli mütəxəssis professor Aziz Yazar xərçəngdən qorunmağın 7 yolunu açıqlayıb.
Medicina.az xəbər verir ki, onun sözlərinə görə, xərçəngin 90 faizi ətraf, 10 faizi isə genetik faktorlara bağlıdır: “Ətraf faktorlar arasında daha çox siqaret, artıq çəki, yanlış qidalanma, hərəkətsiz yaşam, alkoqol və infeksiyalar tutur”.
Xərçəngdən qorunmağın 7 yolu:
1- TÜTÜN MƏHSULLARINDAN UZAQ DURUN!
Siqaret və digər tütün məhsulları xərçəng riskini artırır. Siqaret çəkmədiyiniz halda tüstüsünə məruz qalanlarda da risk yüksəkdir. Ağciyər xərçənginin 90 faizi siqaret səbəbindəndir. Tütündən qaçmaq və ya siqareti atmaq verəcəyiniz ən önəmli sağlamlıq qərarıdır.
2- İDEAL KİLODA OLMAĞA ÇALIŞIN
Hərəkətsiz yaşam çəki artmasına və köklüyə qapı açır. İdeal çəkidə olmaq xərçəngdən qorunmaqda önəmlidir.
3- SAĞLAM QİDALANIN
Gündəlik qidalanmanızda 4-5 porsluq meyvə-tərəvəzin olmasına diqqət edin. Bununla da ideal çəkinizi qoruyaraq bəzi xərçəng növlərindən də uzaq durarsınız. Lifli qidaları seçin. Araşdırmalara görə, az lifli qida yeyənlərdə bağırsaq xərçənginə daha çox rastlanılır.
4-ALKOQOLDAN UZAQ DURUN
Çox alkoqol istifadəsi immun sistemini zəiflətdiyi üçün xərçəng riskini də artırır. Xüsusən baş-boyun, qaraciyər xərçənginə gətirib çıxarır.
5- HƏRƏKƏTSİZLİKDƏN QAÇIN
Fiziki aktivliyin artması ideal çəkinizə nəzarət etməyə kömək edər. Bunun yanında fiziki aktivlik südvəzi və bağırsaq xərçəngi riskini də aşağı edər. Hər gün ən azı yarım saatlıq idmanla məşğul olun.
6-GÜNƏŞDƏN QORUNUN
Dəri xərçəngindən qorunmaq üçün günəş işıqlarının çox olduğu 10.00-16.00 saatları arasında birbaşa günəşə məruz qalmayın. Günəş işığından qorunmaq üçün düzgün geyimlər seçin və qoruyucu kremlərdən istifadə edin.
7- PEYVƏND OLUNUN
Hepatit B peyvəndi ilə qaraciyər xərçəngi riski azaldıla bilər.