Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəngdən ölən Neslican obrazını o yaradacaq

  • 2020.09.22 12:05
  • 2102 Baxış
Xərçəngdən ölən Neslican obrazını o yaradacaq

Xərçəng xəstəliyinə qarşı mübarizəsi ilə adından bəhs etdirən Neslican Tayın həyatından film çəkilir.

Medicina.az xəbər verir ki, ötən il həyatını itirən “Dəmir qadın” ləqəbli Tayı canlandırmaq üçün aktrisa Neslihan Atagülə müraciət olunub. O, təklifi dəyərləndirəcəyini bildirib.

Ali Burak Ceylan, Serkan Günay və Kerim Altıntaşın prodüserliyi ilə çəkilən film “Demir kadın Neslican” adı ilə təqdim ediləcək. Çəkilişlər Tayın doğum günündə, 14 martda start götürəcək.

Qeyd edək ki, 1998-ci ildə Bursada anadan olan Neslican 2018-ci ildə xərçəngə tutulmuşdu. Şişə görə sol ayağını itirən və 4 dəfə xərçənglə mübarizə aparan Neslican 2019-cu ilin sentyabrında dünyasını dəyişib.

Mübarizəsi ilə çox insana ümid verən 20 yaşlı qızın ölümü Türkiyəni yasa boğmuşdu. Bodrumda yaşayan memarlar – Mustafa, Kadir və Mehmet qardaşları Tayın xatirəsini əbədiləşdirmək üçün poladdan heykəlini hazırlamışdı.