21-ci əsrin baş bəlası olan xərçəng hətta prezidentlərdən də yan keçmir. Son illər bu xəstəlikdən ölən dövlət başçılarının siyahısı artır ki, azalmır.
Medicina.az onların bəziləri haqqında məlumatları bir yerə toplayıb:
-Kiprin eks-prezidenti Tassos Papadopulos 2008-ci ildə 74 yaşında xərçəngdən vəfat edib.
-Sloveniyanın prezidenti Yanez Drnovşek 2008-ci ildə böyrək xərçəngindən vəfat edib.
-Qabon prezidenti Omar Bonqo 2009-cu ildə 73 yaşında bağırsaq xərçəngindən ölüb.
-Argentina prezidenti Raul Alfonsin 2009-cu ildə 83 yaşında ağciyər xərçəngindən dünyasını dəyişib.
-Suriyanın eks prezidenti Amin Hafes 89 yaşında xərçəng səbəbindən dünya ilə vidalaşıb.
-Litvanın birinci prezidenti Alqirdas Brazauskas 2010-cu ildə limfatik xərçəngdən ölüb.
-Qondurasın eks-prezidenti general Osvaldo 88 yaşında prostat xərçəngindən vəfat edib.
-Abxaziya prezidenti Sergey Baqapş da 2011-ci ildə ağciyər xərçəngindən dünyasını dəyişib.
-Çexiyanın birinci prezidenti Vaçlav Qavel 2011-ci ildə ağciyər xərçəngindən ölüb.
-Əlcəzairin eks prezidenti Şadli Bencedid 2012-ci ildə ağciyər xərçəngindən keçinib.
-Qananın prezidenti Evans Atta Mils qırtlaq xərçəngindən 2012-ci ildə vəfat edib.
-Venesuela prezidenti Uqo Çaves 2013-cü ildə sarcoma şişindən ölüb.
Hazırda xərçəng xəstəsi olan prezidentlər:
-Kolumbiya prezidenti Xuan Santos prostat xərçəngindən əziyyət çəkir.
-Misirin eks-prezidenti Hüsnü Mübarək onkoloji xəstədir.
-Braziliyanın eks-prezidenti Luis Silva udlaq xərçəngidir.
-Qazaxıstan prezidenti Nursultan Nazarbayev də 10 ildir ki, onkoloji xəstəlikdən Avropada müalicə alır.