"Atamın vəziyyəti getdikcə yaxşılaşır. Artıq onu reanimasiya şöbəsindən çıxardıb, palataya yerləşdiriblər".
Medicina.az xəbər verir ki, yenicag.az-a açıqlamasında millət vəkili Yevda Abramovun qızı Bəsdi Abramova atasının səhhəti haqqında danışarkən deyib. O, bildirib ki, heç bir narahatlığa əsas yoxdur:
"Şükürlər olsun ki, hər şey yaxşıdır. Bu gün də yanında olmuşuq. Həkimlər bağırsağında ciddi problemlər olduğunu deyirdi.
Əməliyyatı uğurlu keçdi. İndi də analizlərinin cavabını gözləyirik. Hazırda reanimasiya şöbəsindən çıxarılıb və palataya köçürülüb. Sağ olsunlar, həkimlər ona ciddi nəzarət edir. Atama görə narahat olub, maraqlananların hər birinə təşəkkür edirəm".
Qeyd edək ki, səhhətində ciddi problemlər yaranan millət vəkili dekabr ayının 7-də Milli Onkologiya Mərkəzinə yerləşdirilib.