Xərçəng xəstəliyi ilə 9 ay mübarizə aparan və ona qalib gələn tanınmış vəkil, aparıcı Zülfiyyə Bayramova növbəti müayinədən də sağlam çıxıb.
Medicina.az xəbər verir ki, bu barədə məlumatı Z.Bayramovanın həyat yoldaşı, aparıcı İlqar Mikayıloğlu qeyd edib.
O bildirib ki, Zülfiyyə Bayramova Milli Onkologiya Mərkəzində tomoqrafiya müayinəsindən keçib və tam sağlam olduğu təsdiqlənib.
Qeyd edək ki, Zülfiyyə Bayramova mədə xərçəngindən əziyyət çəkirdi.