Xərçəngdən bir ayağını itirən müəllim - Xəstəlikdən necə qurtuldu - VİDEO
Xərçəngdən bir ayağını itirən müəllim - Xəstəlikdən necə qurtuldu - VİDEO
2019.10.25 20:56
9349 Baxış
Nərmin Əhmədova 16 ildir ki, ingilis dilini tədris edir. Xərçəng xəstəliyi səbəbindən bir ayağını itirib. Amma o, mübarizliyi və nikbinliyi ilə həyatındakı uğurların sayını artırmağa davam edir.
Medicina.az xəbər verir ki, ilk dəfə ayağında sadəcə şiş və ağrı səbəbindən müayinələrə düşən gənc qadın əvvəlcə səhv diaqnozlarla vaxt itirir, daha sonra Türkiyədə ondan həmin şişin xərçəng olduğunu bildirirlər. Yaşamaq üçün ayağını itirməliydi, çətin də olsa razı oldu. Ən əsas işindən, peşəsindən çəkilmədi. Əməliyyatdan dərhal sonra dərslərinə qayıdır.
Nərmin Əhmədovanın həyat hekayəsin itəhsil. tv-ə istinadən təqdim edirik.