Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəngdə 3 ən təhlükəli simptom

  • 2023.03.25 16:05
  • 2756 Baxış
Xərçəngdə 3 ən təhlükəli simptom
Onkoloqlar xərçəng xəstəliyində 3 ən təhlükəli simptomlardan bəhs edib.

“Medicina” xəbər verir ki, San-Fransisko Kaliforniya Universitetinin (UCSF) tədqiqatçıları iki həftə ərzində yox olmazsa, həkimə baş çəkməyi tələb edən dörd əlamət açıqlayıb. Bunlardan 3 – ü ən təhlükəlisidir.

Qərb onkoloqlarının qeyd etdiyi kimi, iki həftə ərzində keçməyən ağrılı öskürək (xüsusilə quru) ağciyər xərçənginin əlaməti ola bilər.

Eləcə də narahatlıq və ani baş ağrısı da iki həftə ərzində keçmir. Əgər onu dərmanlarla aradan qaldırmaq mümkün deyilsə, həkimə müraciəti təxirə salmamalısınız.
Bu, beyin şişi barədə xəbərdarlıq edə bilər.

Səbəbsiz yorğunluq başqa bir təhlükə əlamətidir. Enerjinin qəfil azalması - nə qədər yatmağınızdan asılı olmayaraq, leykemiya və ya limfomanın əlaməti ola bilər.

Onkoloq Mark Braun dəri quruluğu müəyyən nahiyədə davam edərsə, diqqətdən kənarda qalmamağı məsləhət görüb.
Mütəxəssis qeyd edib ki, dərinin daim quruyan və ya qaşınan bölgəsini görsəniz, həkiminizlə danışmalısınız. Əksər hallarda bu, xərçəngdən daha az ciddi bir şeydir, məsələn, ekzema ola bilər.

Günay Quliyeva