Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəng yaranmazdan bir neçə il öncə gələn əlamətlər

  • 2023.10.04 22:11
  • 5151 Baxış
Xərçəng yaranmazdan bir neçə il öncə gələn  əlamətlər


Ən mürəkkəb forma xərçəng növlərindən biri də mədəaltı vəz xərçəngidir.

“Medicina” xəbər verir ki, onkoloq İvan Karasev bu orqanın xərçənginin xüsusi simptomlarından danışıb.

Britaniya alimlərinin yeni araşdırmasına görə, mədəaltı vəzi xərçəngi 2 il öncədən özünü göstərməyə başlayır. 40 min pasiyentin sorğusu göstərib ki, onlar bu simptomlara önəm verməyib və yoxlansalar da həmin ərəfədə xərçəng diaqnoz olunmayıb.

Belə ki, 40% pasiyent 2 il öncədən iştahsızlıq və çəki itirməkdən şikayətlənib. Eləcə də şəkər olmadan qanda şəkər yüksəlib.

“Mədəaltı vəz xərçəngində müalicə və əməliyyatdan sonra 5 illik yaşam müddəti cəmi 5% xəstədə olur. Biz onu dəqiq bilirik ki, disbalans özünü illər öncə göstərir, nəticədə immunitet düşür, əhval pisləşir. Mədəaltı vəz xərçəngi çətin müalicə olunsa da, ilk başda diaqnoz etmək can qurtara bilər” – deyə həkim bildirib.

Aygün Musayeva