Xərçəngi yaradan faktorlardan biri də viruslardır.
“Medicina” xəbər verir ki, xərçəng özbaşına yaranmır, hava-damcı yolu ilə də keçmir.
Amma çox elmi araşdırmalar sübut edib ki, hətta hava –damcı yolu ilə yayılan bir çox viruslar şiş yarada bilir.
Bloxin adına Onkoloji mərkəzin əməkdaşı Vadim Pokrovskiy xərçəng yaradan viruslardan danışıb.
“Bunlar ölkədə çox yayılan Epşteyn-Barr, hepatit və papiloma viruslarıdır. Bu viruslar orqanizmdə yayılaraq, zaman-zaman mutasiiyaya uğrayır, hüceyrələri zədələyir və nəticədə bədxassəli hüceyrələr çevrilişi artırır.
Yer üzündə əhalinin yarıdan çoxunda Epşteyn barr virusu var. Bu virus uşaqdan böyüyə hər kəsə müxtəlif yollarla yoluxur.
Əsasən boyun, boğaz, burun, qida borusu və cinsiyyət üzvlərində şiş yarada bilir. Virusu orqanizmdən tam təmizləmək mümkün deyil, bunun üçün dərman da yoxdur. Sadəcə immuniteti yüksək saxlamaq lazımdır.
VPV 16-18 tip də qadınlarda uşaqlıq boynu xərçəngi yaradır.
Hepatit B də qaraciyərdə sağlam hüceyrələri dəyişir.
Əgər bir insanda bu viruslar varsa, bu o demək deyil ki, o mütləq xərçəng olacaq.
Daha çox xroniki formalar yüksək risk yaradır”.
Aygün Musayeva