Dünyada ilk dəfə xərçəng xəstəliyinin müalicəsində virusdan inyeksiya dərmanı tətbiq olunub.
Bakupost.az xəbər verir ki, əsas komponenti onkolitik virus olan preparat ABŞ-da 3-cü dərəcədə olan xəstəyə verilib.
Bundan öncə preparat heyvanlar üzərində test olunmuşdu.
Genetik modifikasiya olunmuş virus orqanizmdə xərçəng hüceyrələrini öldürür, sağlam hüceyrələrə toxunmur. Bu texnologiya çoxsaylı metastazlar və ağır dərəcələrdə işə yarayacaq.
Preparatın əsasında CF33 virusu dayanır. İlk klinik fazada xəstələr sınaq üçün aşağı doza virus alacaq. Hələ ki, cəmi 100 xəstə sınaqlara qatılır.
24 ay davam edəcək sınaqdan sonra həkimlər yeni dərmanın effektini və orqanizm üçün nə qədər təhlükəsiz olacağını aydınlaşdıracaq.
Aygün Musayeva
BakuPost