ABŞ sakini Ceymi Komer təxminən on il ərzində 180-ə yaxın kimyaterapiya seansından keçib.
“Medicina” xəbər verir ki, diaqnoz qoyulan zaman onun 47 yaşı var idi.
Onun qaraciyərində metastaz aşkarlanıb, 45 şiş sağda, 12 şiş solda olub. Ceymi Comer deyir ki, həkimlər ona üç aydan altı aya qədər yaşayacağını deyiblər.
Xəstə şişləri çıxarmaq üçün bir neçə əməliyyat keçirdi və həftədə üç dəfə kimyaterapiya aldı. İndi 55 yaşında olan Comer evdə hospis yardımı alır.
Xəstə hesab edir ki, əvvəllər kolonoskopiyadan keçsəydi, xərçəng daha erkən mərhələdə aşkarlana bilərdi və onun sağalma şansı daha yüksək olardı.
ABŞ-da 45-75 yaş arasında kolon xərçəngi üçün skrininq tövsiyə olunur. Eyni zamanda, 50 yaşa qədər insanlar arasında bu xərçəng növünə yoluxma halları ildə 2,4%, ondan ölüm halları isə ildə 1% artır.
Əvvəllər bildirilirdi ki, gənclər arasında xərçəngə yoluxma halları sürətlə artmaqdadır. Amerika Xərçəng Cəmiyyətinin araşdırmasına görə, gənclərdə 17 növ xərçəngə daha çox diaqnoz qoyulur.
Mədə, nazik bağırsaq, süd vəzisi, yumurtalıq, qaraciyər, öd yolları, yoğun bağırsaq xərçəngi kimi xərçəng növlərinin artması xüsusi narahatlıq doğurur. Bundan başqa, siyahıya uşaqlıq yolu, xaya, öd kisəsi, böyrək, mədəaltı vəzi və müxtəlif növ qan xərçəngi də daxil edilib.
Aygün Musayeva