Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəng xəstəliyinin qarşısını alan ərzaqlar

  • 2022.09.08 10:53
  • 1729 Baxış
Xərçəng xəstəliyinin qarşısını alan  ərzaqlar
Xərçəng xəstəliyi hüceyrələrin mutasiya etdiyi vaxt, yəni orqanizmin sağlam fəaliyyətinə kömək edən hüceyrələrdən ona hücum edən hüceyrələrə çevrildiyi vaxt əmələ gəlir. Xərçəngin reaktiv üsulla müalicəsinə böyük diqqət ayrılmasına baxmayaraq, bu xəstəliyin qarşısını necə almaqdan ötrü tədqiqat aparılıb. Nəticədə bu vəziyyətin yaranmasının qarşısını ala bilən 5 ərzaq müəyyən edilib.


Medicina.az xəbər verir ki, xərçəng insanın hər hansı hüceyrəsini onun həyatının hər anında zədələyə bilər. Ölümün əsas səbəbləri arasında dünyada ikinci yerdə olan bu xəstəlik elmin ən qəddar düşmənlərindən biridir.


Xərçəngin daha çox yayılan 4 növü bunlardır: süd vəzisi, bağırsaq, ağciyər və prostat xərçəngi. Bu xəstəliklərin müalicəsinin sürətlə inkişaf etməsinə baxmayaraq, insanlar tərəfindən xəstəliyin bu və ya digər formada inkişaf riskinin necə aşağı salınmasına da diqqət yetirmək mühümdür.


Onkoloq Andrey Vorobyov deyib: “Tədqiqat tərkibində konkret bir kimyəvi qrupun – flavonoidlərin mövcudluğu sayəsində xərçəng xəstəliyi riskini aşağı sala bilən 5 ərzağı aşkarlayıb. Flavonoidlər bitkilərdə aşkarlanan polifonik təkrar metabolit növünü təmsil edir. Başqa sözlə desək, onlar adi meyvə və tərəvəzlərdə olan birləşmə qrupunu təşkil edir”.


Flavonoidlər təbiətdə rast gəlinən digər birləşmələr kimi hansı flavonoidlərin hansı qidada və hansı kombinasiyada mövcudluğundan asılı olmayaraq, bir sıra üstünlüklərə malikdir. Onların bəziləri iltihabəleyhinə xassəyə malikdir, yəni xərçəngin inkişaf etməsi riskini azaltmağa qadirdir.


Onkoloq tərkibində yüksək miqdarda flavonoid olan beş ərzağı və onları hansı dozada qəbul etməyi məsləhət görüb: 1 fincan yaşıl çay, 1 alma, 1 portağal, 100 qram qaragilə, 100 qram brokkol.