4 qida qrupu var ki, xərçəng riskini 15% azalda bilər.
“Medicina” xəbər verir ki, həkim – onkoloq Andrey Vorobyovun sözlərinə görə, son elmi araşdırmalar, yüksək miqdarda ultra emal olunmuş qidaları qəbul edən insanlarda xərçəng riskinin əhəmiyyətli dərəcədə artdığını sübut edib.
Bitki mənşəli qidalar qəbul edən insanların isə xərçəngə tutulma riski 15 faiz azalır.
Buna görə də mütəxəssis bu 4 qida qrupunu rasiona daxil etməyi tövsiyə edir.
Meyvələr və tərəvəzlər
Bütün taxıllar
Lobya
Fındıq və toxum
Onlar hüceyrələrinizi DNT-nin zədələnməsindən qoruya, bağırsaqların sağlamlığını yaxşılaşdıra və daha sağlam bədən çəkisini təmin edə bilər.
Aynurə Məmmədova