Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəng xəstəliyinin 3D virtual reallıq modeli hazırlanıb

  • 2019.01.01 13:00
  • 6492 Baxış
Xərçəng xəstəliyinin 3D virtual reallıq modeli hazırlanıb
 

İngilis elm adamları xərçəng xəstəliyinin üçölçülü virtual reallıq modelini hazırlayıblar.


Medicina.az AZƏRTAC-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Kembric Xərçəng Tədqiqatları İnstitutunda beynəlxalq araşdrıma çərçivəsində hazırlanan model vasitəsilə xəstədən alınan şiş nümunəsi ətraflı şəkildə araşdırılacaq və hər bir hüceyrənin xəritəsini çıxartmaq mümkün olacaq. Belə ki, model vasitəsilə şiş nümunələri genişləndiriləcək və hüceyrələr ətraflı öyrənilə biləcək.


Modelin xərçəng haqqında daha çox məlumat əldə etməyə və yeni müalicə üsullarının araşdırılmasına kömək edəcəyi deyilir.