Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəng xəstəliyini nəfəslə təyin etmək mümkün olacaq

  • 2020.03.02 19:46
  • 6167 Baxış
Xərçəng xəstəliyini nəfəslə təyin etmək mümkün olacaq


Unikal cihaz olan Elektron burun vasitəsilə xəstədə Barret sindromu, yəni qida borusu xərçənginin xərçəngöncəsi vəziyyətini təyin edəcək.

Medicina.az xəbər verir ki, sensor xəstənin nəfəsi ilə xüsusi molekullar vasitəsilə xərçəng markerlərini aşkar edə bilir.
Daha sonra nəfəsi analiz edən süni intellekt diaqnoz qoyur.

Elektron burun 402 xəstə üzərində sınanıb. Hansı ki, bu xəstələr sonradan endoskopik müayinədən də keçiblər.
Onlardan 129 nəfərində xərçəngöncəsi vəziyyət, 141 nəfərdə reflüks aşkarlanıb.

Elektron testlə qastroskopiyanın nəticələri 89% eynilik təşkil edib.
Belə ki, seni intelekt 90% hallarda xərçəng öncəsi vəziyyəti aşkarlayıb.


Cihazı icad edənlər bir qədər də təkmilləşmə apardıqdan sonra, yaxın 2 il ərzində elektron burunu tibdə tətbiq etmək mümkün olacaq.
.