Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəng xəstəliyini necə aşkarlamaq olar – Analizlər

  • 2023.05.04 19:26
  • 3412 Baxış
Xərçəng xəstəliyini necə aşkarlamaq olar     –  Analizlər
Araşdırmalara görə, ağrılı simptomların olmaması səbəbindən xərçəng nadir hallarda erkən mərhələdə aşkar edilir. Çox vaxt xəstələr bu dövrdə ümumi zəiflikdən, yorğunluqdan şikayət edirlər.

“Medicina” xəbər verir ki, bu xəstəliyin erkən mərhələsini laborator, instrumental müayinə yolu ilə aşkarlamaq olar.


Aşağıdakı qan analizlərini köməyi ilə də diaqnoz qoyula bilər.

Onkamarkerlər qan analizi. Bu analiz orqanizmdə bədxassəli hüceyrələrin mövcudluğunun kifayət qədər dəqiq göstəricisidir. Analiz səhər tezdən acqarnına verilir, qan damardan götürülür.

Nəcisdə gizli qan analizi. Bu, xərçəngin əlamətlərindən biri olan mədə-bağırsaq traktında gizli qanaxmanın diaqnozu üçün vacib bir analizdir.

Sidik analizi. Tədqiqat olduqca informativdir, çünki xəstənin genitouriya sisteminin vəziyyətini müəyyən etməyə imkan verir. Həkim bir neçə gün ərzində bir sıra testlər təyin edə bilər ki, bu da dəqiqliyi artırır.

Onkohistologiya üçün yaxma. Serviks və servikal kanalın hüceyrələrindən ən kiçik dəyişikliklərini müəyyən etməyə imkan verir. Yaxma ilə həm də uşaqlıq boynu xərçəngini erkən mərhələdə aşkar etdikdə, asanlıqla müalicə oluna bilir.


İnstrumental tədqiqat. Müəyyən bir orqanın onkologiyasından şübhələnirsinizsə, instrumental tədqiqatlar aparılır - məsələn, ultrasəs, fluoroqrafiya, dermatoskopiya, MRT, KT və s.

Günay Quluzadə