Amerikanın Pirssburq Universitetini alimləri müəyyən ediblər ki, Afrikanın kənd yerlərində ənənnəvi olaraq hazırlanan pəhriz bağırsaq xərçənginin inkişaf riskini azalda bilər.
Bu arada, dünyanın bir çox ölkəsində məşhur olan Qərb pəhrizi bu xəstəliyin inkişaf ehtimalını artırır.
“Medicina” xəbər verir ki, yağlı qidalar və ətlə zəngin olan qərb pəhrizindən meyvə və tərəvəzlərlə zəngin Afrika pəhrizinə keçmək kifayətdir ki, bağırsaq xərçəngi riski iki həftə ərzində nəzərə çarpacaq dərəcədə azalsın.
Təcrübələr göstərir ki, liflə zəngin qidalar insanın xərçəng riskini kəskin şəkildə azaldır. Alimlər afroamerikalıların bağırsaqlarında mikrob papulyasiyalarını aşkar ediblər.
Afrikalılarda karbohidratları fermentləşdirən çoxlu sayda mikroorqanizmlər, eləcə də bağırsaq xərçəngindən qoruyan kalsium butirat istehsal edən digər bakteriyalar var.
Alimlər amerikalılarda isə öd turşusunu parçalayan xeyli sayda mikrob aşkar ediblər. Bağırsaqlarında isə bəzən şişə çevrilən çoxlu sayda poliplər olduğu ortaya çıxıdı.
Günay Quliyeva