Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəng xəstələrinin ömrünü uzada bilən şərtlər

  • 2020.01.11 17:16
  • 3314 Baxış
Xərçəng xəstələrinin ömrünü uzada bilən şərtlər

ABŞ və Avstraliyadan olan alimlər xərçəng xəstəliyi ilə bağlı aparılan araşdırmanın nəticələrini açıqlayıb.


Medicina.az xəbər verir ki, mütəxəssislər 1000-ə yaxın xərçəng xəstəsi üzərində müşahidə aparıb.

Məlum olub ki, fiziki aktivlik göstərən, mütəmadi olaraq meyvə-tərəvəzyeyən, emal edilən buğda və ət məhsullarından çəkinən şəxslər xərçəngə yoluxduqları təqdirdə ilk 7 ildə ölüm ehtimalı 42 faiz azalır.













Avstraliyadan olan 300 xərçəng
xəstəsi üzərində aparılan araşdırma isə göstərib ki, həftədə 180 dəqiqə piyada
gəzməklə xəstələr ölümü uzaqlaşdıra bilərlər. Belə xəstələrdə fiziki aktivliyi
olmayan xəstələrə nisbətən ölüm daha az müşahidə edilir.







Mütəxəssislərin ortaq rəyinə
görə, xərçəng xəstələri pəhrizə əməl etməklə və mütəmadi fiziki hərkətlə ömürlərini
uzada bilərlər.