Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəng xəstələrinin çoxu bu xəstəliklərdən ölür

  • 2019.11.26 09:36
  • 6705 Baxış
Xərçəng xəstələrinin çoxu bu xəstəliklərdən ölür
Xərçəng xəstələrinin 10 faizindən çoxunun ürək-damar xəstəliklərindən öldüyü aşkarlandı.


Medicina.az xəbər verir ki, BBC-nin xəbərinə görə, "The European Heart Journal"da dərc olunan araşdırmanın nəticəsinə əsasən xərçəng xəstələrinin ürək-damar xəstəliklərinə tutulma riski yüksəkdir.


ABŞ Penn State Xərçəng İnstitutunun tədqiqatçıları Amerikanın 3 milyon 230 min xərçəng xəstəsinə məxsus məlumatlarının xəstələrin 38 faizi xərçəngdən və əlaqədar xəstəliklərdən, 11 faizinin ürək-damar xəstəliklərindən öldüklərini bildiriblər.


Kimyaterapiya və radiasiya terapiyasının orqanizmə ziyan vurması səbəbindən xəstəliyin ilk ilində ürək-damar xəstəliyi riskinin artmasının normal olduğunu ifadə edən tədqiqatçılar risklərin sonrakı illərdə davam etdiyini və xərçəng xəstələrinin ümumi əhali ilə müqayisədə "sabit yüksək risk" altında olduğuna diqqət çəkiblər.


Sidik kisəsi, prostat, bağırsaq, uterus, döş və qırtlaq xərçəngi xəstələrinin ürək və damar xəstəliklərinin ən həssas qrupları olduğunu ifadə edən tədqiqatçılar, ürək-damar sağlamlığı müalicəsi müddətində xərçəng xəstələrini daim nəzarət altında saxlanmalarının vacib olduğunu xəbərdar edibler.