Xərçəng xəstələri dərman müalicəsi ilə yanaşı türkəçarə, alternative yollar da sınayır, bitkilər qəbul edir, bu barədə həkiminə belə məlumat vermir. Bİr sözlə, bu xəstələr hər bir reseptdən möcüzə gözləyir
Medicina.az xəbər verir ki, bitkilər kimyaterapiya və əsas dərmanların işini poza bilər.
Ekspertlər xüsusilə süd vəzi xərçəngi xəstələrinə sarımsaq, jenşen, ginko, sarıkök kimi bitkilərin əks təsir edə biləcəyini bildirib. Belə ki, bu bitkilər süd vəzidə olan yaraları, çapıqlı toxumasının sağalmasını əngəlləyir.
Eləcə də tibbi elmi baxımdan bu bitkilərin xərçəng müalicəsində effektivliyi sübut olunmayıb.
Bİr çox bitkilər, ədviyyatlar qanın laxtalanmasını pozduğu üçün, yara sağalmasını gecikdirir.
Sarıkök, şabalıd, sarımsaq, piretrum, jenşen, limon, portağal xərçəng xəstəliyindən müalicə alan xəstələrə məsləhət deyil.