Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəng xəstələri üçün vacib vitamin

  • 2023.06.09 19:32
  • 1936 Baxış
Xərçəng xəstələri üçün vacib vitamin
Araşdırmalara görə, D vitamini əlavəsi xərçəng xəstələrinin sağ qalma şansını artırmağa kömək edə bilər.

Alimlər 105 min xərçəng xəstəsini əhatə edən bir neçə tədqiqatın meta-qiymətləndirməsi nəticəsində aşkar ediblər.


“Medicina” xəbər verir ki, onkoloq Andrey Vorobyovun sözlərinə görə, xərçəng xəstələri tez-tez D vitamini çatışmazlığından əziyyət çəkirlər. Kolorektal xərçəngli xəstələrin iştirak etdiyi araşdırmada bu rəqəm 59 faiz olub.


D vitamininin gündəlik qəbulu xərçəng xəstələrinin sağqalma şansını artırır.

Alimlər D3 vitamini qəbulu ilə xərçəng ölümləri arasında əlaqə qura biliblər:

Yüksək tək dozalarla (ayda 60.000-120.000 IU və ya daha az) dörd tədqiqat xərçəngdən ölüm hallarına heç bir təsir göstərməmişdir.

Bunun əksinə olaraq, gündəlik aşağı dozalarla (gündə 400-4000 IU) on tədqiqatın xülasəsində tədqiqatçılar xərçəngdən ölüm halında 12 faiz azalma müəyyən ediblər.

Həmçinin faktiki D vitamini çatışmazlığı olan insanlarda ölüm hallarının əhəmiyyətli dərəcədə yüksək olduğunu irəli sürürlər.

D vitamini xərçəngdən qorumur, lakin xərçəng ölümlərini azalda bilər.

Aygün Musayeva