Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəng virusdur, bəs insandan-insana keçirmi? - Onkoloqdan cavab

  • 2021.06.17 15:47
  • 2254 Baxış
Xərçəng virusdur, bəs insandan-insana keçirmi?  - Onkoloqdan cavab

"Xərçəng hava yolu ilə və ya cinsi yolla yoluxmur. Elm adamları bu xəstəliklə əlaqəli hər hansı bir vəziyyət tapmayıblar".

Medicina.az xəbər verir ki, bunu rusiyalı cərrah və onkoloq İvan Karasev deyib.

Mütəxəssisin fikrincə, xərçəng xəstəliyi orqanizmin daxili prosesləri hesabına yaranır:

“Xərçəng bədəndə insan genomuna nüfuz edən və funksiyasını pozan, hüceyrə mutasiyalarına səbəb olan protein qırıntılarından əmələ gəlir. Bu o deməkdir ki, xərçəngə virus deyilə bilsə də, virus xarici mənşəli deyil, endojendir. Yəni bədəndə yaranır və daxili səbəblər nəticəsində inkişaf edir".

"1970-ci ildə ABŞ-da aparılan bir araşdırmanın bədənə xərçəng mədəniyyətinin transfer edilməsindən sonra heç bir şiş aşkar etmədi. İsveç alimləri isə xəstələrdən sağlam insanlara qanköçürmə ilə bağlı uzunmüddətli məlumatları analiz etdilər. Qan köçürülənlərin heç birində sonradan xərçəng xəstəliyinin hər hansı bir əlaməti aşkarlanmadı. Bu o deməkdir ki, xərçəng qan vasitəsi ilə də yoluxmur", - onkoloq əlavə edib. /publika.az/