İngiltərədə yaşayan Abbi Kolvin adlı qadın xərçəng olduğunu öyrəndiyi vaxtda daha bir şok xəbər alıb.
Medicina.az xəbər verir ki, 2016-cı ildə 19 yaşında olan qadın şiddətli ağrılar və cinsi əlaqədən sonra vaginasından qan gəlməsi səbəbindən həkimə müraciət edib. Müayinədən sonra ona sistit diaqnozu qoyulub və antibiotic təyin edilib.
Abbi tibb üzrə təhsil aldığı üçün xəstəliyini araşdırıb və vəziyyətinin sistitdən daha ağır olduğu qənaətinə gəlib. Vəziyyəti düzəlmədiyindən yenidən həkimə gedən Abbi uşaqlığında xərçəng olduğunu öyrənib.
Uşaqlığın əməliyyatla çıxarılmasından əvvəl ona lazer və kimyaterapiya təyin edilib. Lakin müayinəyə başlamazdan əvvəl sidiklə edilən test bütün vəziyyəti dəyişdirib.
Qadının bir neçə aydır, birlikdə olduğu 21 yaşlı sevgilisi Okli Buçanandan hamilə qaldığı aşkarlanıb. Bir neçə həftəlik olan uşaq cütlüyü də şoka salıb.
Kimyaterapiya uğursuz olacağı təqdirdə uşaqlığının çıxarılacağını bilən Abbi bunu öz övladına sahib olmaq üçün yeganə şans olaraq görüb.
Bu səbəbdən o, müalicənin uşağı zəhərləməməsi üçün kimyaterapiyadan imtina edib.
Cəsarətli ana həm uşağını, həm də xərçəngi eyni anda daşımağa başlayıb.
Abbi uşağını 8 ayında dünyaya gətirib və adını Oskar qoyublar. Oskar anasının qarnında ikən eyni məkanı bölüşdüyü xərçəng xəstəliyinə rəğmən sağlam doğulub.
Ana olan Abbi doğuşdan 2 həftə sonra 3 mərhələli kimyaterapiyaya başlayıb. Əvvəlcə vəziyyəti yaxşılaşsa da, sonradan pisləşməyə başlayıb.
Buna görə də o, əməliyyata alınıb. Əməliyyatdan sonra tamamilə qurtulma şansı yüksək olan Abbi bir daha ana ola bilməyəcək.
Oskar artıq 1 yaşındadır. 21 yaşlı Abbi isə xəstəliklə mübarizə aparır.
MEDİCİNA.AZ