57 yaşlı Danni 13 il öncə xərçəng xəstəliyinı tutulub. Aqresiv xərçəngə görə o üzünün yarısını və burnunu itirib. Bundan sonra onun həyatı kabusa dönüb. Getdiyi hər yerdə görüntüsünə görə diqqət çəkdiyi üçün, uzun illər bu streslə yaşayıb.
Medicina.az xəbər verir ki, o, daha sonra üzü üçün protez düzəltdirmək qərarına gəlib. Lakin həyati infeksiyaya görə, cəhdləri uğursuz olub. Lakin 13 il sonra onun bu xəyalı gerçəkləşib.
Belə ki, onun ikinci protezini hazırlayan şəxs əvvəllər gizli agentlərlə çalışan ən üst səviyyəli üz dəyişmə mütəxəssisi Robert Barron olub. Həkimin sözlərinə görə, işlədiyi müddətdə protez o qədər gerçəyə bənzəməli idi ki, hətta 15-30 sm məsafədən belə hiss edilməməli idi. Buna görə də, Dani üçün protez hazırlayarkən çox diqqətlə çalışıb.
Nəhayət düzlədilən protez uğurlu olub. Dani və həyat yoldaşı istədikləri yerə rahat getdiklərini və heç kimin ona xüsusi diqqətlə baxmadığını bildirib. Dani 13 ildən sonra yenidən rahat yaşaya biləcəyi üçün çox xoşbəxt olduğunu deyib. O nəticənin bu qədər yaxşı olacağına inanmadığını etiraf edib.