Onkologiya ilə mübarizədə tibb elmi böyük bir yenilik edib.
Belə ki, şişlər barədə düşünülən 100 illik sirr çözülüb.
Medicina.az xəbər verir ki, ABŞ Memorial onkoloji mərkəzinin alimləri sirli Varburq effektinin izahını tapıblar.
Varburq nəzəriyyəsinə görə, şiş hüceyrələri sağlam hüceyrələrdən fərqli enerji hasil edir.
1921-ci ildə Nobel mükafatı laureatı alman alim Otto Varburq aşkar edib ki, şiş hüceyrələri enerji almaq üçün şəkəri yandırmır, qlükozanı süd turşusuna çevirməklə fermentasiya ilə enerji hasil edir.
Bu vəziyyət hüceyrələrin energetik stansiyası hesab edilən mitoxondriyaların zədələnməsi ilə əlaqələndirilirdi.
Lakin sonradan elm sübut etdi ki, mitoxondriyalar düzgün fəaliyyət göstərir
Yeni elmi tədqiqatda alimlər bu effektlə şiş hüceyrəsində olan siqnal molekulu – kinaza P13 arasında əlaqəni tapıblar.
Məhz bu ferment hüceyrələrin böyüyüb artmasında rol oynayır.
Məlum olub ki, şiş hüceyrələri yerindən hərəkət etməyə başlayanda və Varburq sisteminə görə metobolizm baş verəndə, kinazanın səviyyəsi artır. Bu isə hüceyrənin daha çox sayda bölünməsinə səbəb olur.
Mutant hüceyrələr bu mexanizmdən istifadə etməklə çoxalır.
Bu elmi kəşfə görə şiş hüceyrələri ilə mübarizədə gəmin fermentin bloklanması üzərində çalışmaq olar.