Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəng şişi çıxarılan xəstələrin 30 faizində yenidən yaranır - Peyvəndin yaradıcısı

  • 2021.10.18 15:33
  • 2938 Baxış
Xərçəng şişi çıxarılan xəstələrin 30 faizində yenidən yaranır -  Peyvəndin yaradıcısı
Hazırda dominant mutasiya Delta variantıdır. Laboratoriya sınaqlarında gördüyümüz kimi, hazırladığımız peyvənd onu da neytrallaşdırır. Delta variantına qarşı tam qorunma əldə edilə bilər. Antikor zamanla azalsa da, peyvəndin üçüncü dozasının antikor səviyyəsini yüksəldəcəyini xatırlatmaq vacibdir.

Medicina.az xəbər verir ki, bu sözləri “BioNTech”in qurucusu, türkiyəli professor Uğur Şahin və Özlem Türeci deyib. Yunanıstanın “İmparatoriçe Theophano” mükafatına layiq görülən alimlər jurnalistlərin suallarını cavablandırıb. Uğur Şahin bildirib ki, koronavirusa qarşı antikorların nə qədər davam edəcəyini zaman göstərəcək:

“İlk dozadan sonra antikor səviyyələri çox yüksəlir və ümid edirik ki, bu təsir gələn yaza qədər davam edəcək. Sonra antikor səviyyələrinə baxmalı və yeni bir variantın gəlib-gəlmədiyini gözləməliyik. Hazırda onu söyləyə bilərik ki, peyvənd olunanların təhlükəsizliyi qorunur.

Üçüncü doza olmadan xəstəliyin ötürülməsi davam edəcək. Bilirik ki, iki doza vaksin ağır xəstəlikləri xeyli azaldır. Buna görə də, ikinci doza ağır xəstəliklərə qarşı müdafiə təmin edir, lakin üçüncü doza xəstəliyin ötürülməsini tamamilə dayandıracaq”.

Özlem Türeci isə qeyd edib ki, MRNA texnologiyası hüceyrənin quruluşunu dəyişdirmir: “İneksiya edildikdən sonra öz işini görür və immun cavab yaradır. Yəni bədəndə heç nə dəyişmir. Klinik testlərimizdə 40 mindən çox insan peyvənd olunub, artıq dünyada yüz milyonlarla insan peyvənd edilib və məlumatlar bizə bunun təhlükəsiz olduğunu göstərir.

Təbii ki, hər dərmanın mənfi təsirləri var. Amma MRNA peyvəndlərindən fərqli deyil. Peyvənddən sonra baş ağrısı və halsızlıq yarana bilər, bundan daha ciddi əks təsirləri yoxdur. Peyvənd olunmaq istəməyənləri inandırmaq üçün bir şey söyləmək mənim işim deyil. Bizim işimiz məlumatları yaratmaq və insanlara peyvəndin əhəmiyyətini anlamalarına kömək etməkdir”.

Uğur Şahin isə məlumat çirkliliyinin problem olduğunu xatırladıb: “Kimsə peyvənd olunmaq istəmirsə, ona bir sual verməliyik və səbəblərini anlayaraq danışmalıyıq. Açıq və müzakirəyə hazır olmalıyıq.

İnanıram ki, tezliklə xərçəng də vaksinlərlə müalicə edilə bilər. 20 ildən artıqdır ki, kök hüceyrələrlə işləyirik və bu texnologiya haqqında da məlumatımız var. Dörd il əvvəl melanoma xəstələri üzərində araşdırmalar apardıq. İndi yüzlərlə xəstə ilə tədqiqatlara başladıq. Bu testlərin nəticələrini gələn il və ya 2023-cü ildə öyrənəcəyik. Nəticələr müsbət olarsa, ilk xərçəng peyvəndlərinin təsdiqlənməsi iki, üç və ya dörd il ərzində tamamlana bilər.

Xərçəng şişi çıxarılan xəstələrin 30-40 faizində iki-üç il ərzində şiş yenidən meydana gəlir və böyüyür. Bu, ciddi bir problemdir. Xəstələr sağalırlar, ancaq iki və ya üç il ərzində metastaz verirlər. Biz xərçəng xəstələrinin yenidən xəstələnməsinin qarşısını almaq üzərində tədqiqatlar aparır və bunun üçün çalışırıq”.

Özlem Türeci yekunda koronovirus pandemiyasının bitmə tarixi haqqında önəmli mesajlar verib:

“Virusla bir müddət yaşayacağıq. Bu, bizim yeni normal halımız olacaq, buna öyrəşəcəyik və virusun qorxulu hissəsi yox olacaq. Bir müddət sonra qripə bənzəyəcək, peyvəndlənəcək və daha uzun müddət qorunma təmin ediləcək. Ancaq bu, dünyanın üzləşdiyi son ölümcül pandemiya olmayacaq. Buna görə də hazır olmalıyıq”./publika,az/