İngiltərənin Nyukasl Universitetinin tədqiqatçıları Ümumdünya Xərçəng Araşdırma Fondu (WCRF) və Amerika Xərçəng Araşdırmaları İnstitutu (AICR) xərçəngə tutulmamaq üçün 10 məsləhət yayıblar.
Medicina.az xəbər verir ki, tədqiqat üçün orta yaşı 56 olan 94,778 yetişkindən alınan məlumatlar istifadə edilib.
Təhlillərdə yaş, cins, sosial-iqtisadi vəziyyət, etnik mənsubiyyət və siqaret çəkib-çəkməmək nəzərə alınıb.
Tədqiqat zamanı təxminən 7,296 iştirakçıda (səkkiz faiz) xərçəng yaranıb. Tədqiqatçılar müəyyən ediblər ki, tövsiyələrə riayət etmək xərçəng riskini azaldır, xəstələr isə əməl etdikləri hər tövsiyə üçün xərçəng riskini yeddi faiz azaldır.
XƏRÇƏNG RİSKİNİ AZALTMAQ ÜÇÜN 10 TÖVSİYƏ
1. Bədən kütlə indeksinizi 18,5-24,9 arasında saxlamaq.
2. Həftədə iki saat yarım idman etmək.
3. Gündə ən azı 30 qram lif və ən azı beş porsiya meyvə və tərəvəzdən ibarət qidalanma.
4. Fast food yeməkləri dayandırmaq.
5. Həftədə üç porsiyadan çox qırmızı ət yeməmək.
6. Tərkibində şəkər olan içkilərdən uzaq durmaq.
7. Spirtli içkilərdən istifadə etməmək.
8. Qida əlavələrindən uzaq durmaq.
9. Mümkünsə altı ay ana südü vermək.
10. Xərçəng diaqnozundan sonra həkimin tövsiyələrinə əməl etməyə davam etmək.
Aygün
Medicina.az