Belfast Universitetindən olan bir qrup alim bildirib ki, süd vəzi xərçənginə yoluxma riski yüksək olan qadınlarda bu hal xüsusi preparatların vasitəsilə azaldıla bilər.
Medicina.az bildirir ki, uzun illər boyunca xərçəng riski daşıyan qadınlardın 2 çıxış yolu olub: onlar ya süd vəzilərini çıxartdırmalı ya da xəstəliyin onlarda inkişaf etməyəcəyinə ümid etməli idilər.
Amma indi hər şey başqa cürdür. Məsələ ondadır ki, son illərdə tibbdə genetik cəhətdən bu xəstəliyə meylli qadınlarda yoluxma riskini azaltmaq üçün xüsusi vasitələrdən istifadə edilir. Xərçəngə yoluxma riskini 99% azaldan bu preparatlar sayəsində qadınlar əbəs yerə süd vəzilərindən məhrum olmayacaqlar.
Onu da qeyd edək ki, süd vəzi xərçəngi onkologiyada ən geniş yayılmış növlərdən biridir.
Arzu
Medicina.az