Xərçəng xəstəliyindən qorunmaq üçün rafinə olunmuş günəbaxan yağından imtina etmək lazımdır.
"Medicina.az"ın məlumatına görə, rusiyalı həkim onkoloq və cərrah İvan Karasev belə deyir.
Onun sözlərinə görə, rafinə nəticəsində əldə edilən ərzaq - qida kimyəvi maddələrəin təsirinə məruz qalır. Yüksək temperaturun təsiri altında belə yağın tərkibi də dəyişir və onda kanserogen maddələr yaranır. Hazırlıq prosesində onlar qidaya çökür və bu yolla orqanizmimizə daxil olur.
Bunun üçün də mütəxəssis günəbaxan yağını zeytun yağı ilə əvəz etməyi məsləhət görür.
"Qızartmalar üçün də zeytun yağları var. Onlar da rafinə ediliblər. Amma fərq ondadır ki, yüksək temperaturda onların tərkibi günəbaxanda olduğu kimi dəyişmir. Ümumiyyətlə isə yağa ehtiyac olmadan qızartma edə biləcəyiniz qablara sahib olmaq daha yaxşıdır".