Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəng olan xalq artistindən yeni xəbər - "1-2 ay sonra məlum olacaq"

  • 2017.10.30 16:40
  • 12409 Baxış
Xərçəng olan xalq artistindən yeni xəbər -  "1-2 ay sonra məlum olacaq"
Qırtlaq xərçəngindən əziyyət çəkən xalq artisti Fuad Poladov müalicəsini davam etdirir.


Medicina.az xəbər verir ki, Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru cebhe.info-ya verdiyi açıqlamasında bildirib ki, bir müddət öncə qeydiyyatda olduğu Milli Onkologiya Mərkəzində kimyəvi terapiya kursunu keçib. 


Hazırda isə xaricdən gətirilən xüsusi həbləri qəbul edir:


"Xüsusi dərmanlar gətirilib. Onu da 1-2 ay qəbul edəndən sonra effekti bilinəcək. Həmin dərmanlara yeni başlamışam. İkinci aydan sonra aparata salıb, effektivliyinin nə dərəcədə olduğunu müəyyənləşdirəcəklər. Mütəmadi olaraq, müayinədən keçirəm, ayda 2 dəfə analizlər verirəm ki, görsünlər, o dərmanların fəsadları yoxdur. Görək də, Allah kərimdir”.


Xatırladaq ki, Fuad Poladov ağır xəstəliyi səbəbilə yanvar ayından səhnəyə çıxmır.