Britaniya kralı III Çarlz prostat xərçəndindən müalicə üçün özəl klinikaya yatırılıb.
"Medicina" xəbər verir ki, o, ənənəvi kimya və dərman terapiyası yox, başqa üsullarla müalicə olunacaq.
Kral ailəsinin həkimi bildirib ki, kral kimyaterapiya istəmir, yalnız xalq təbabəti üsulları ilə müalicə olunmaq istəyir.
“O, otların, iksirlərin və buna bənzər şeylərin tərəfdarıdır”.
Kralın müalicəsi ilə baş saray həkimi Maykl Dikson məşğul olacaq. O, alternativ tibb üzrə instituta rəhbərlik edir.
Aygün Musayeva