Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəng mutasiyaları içəridən böyüyə bilər- Alimlər

  • 2023.07.06 14:14
  • 1269 Baxış
Xərçəng mutasiyaları içəridən böyüyə bilər - Alimlər
Xərçəng həmişə irsi meyllə bağlı deyil, təsadüfi mutasiyalar nəticəsində yarana bilər.


“Medicina”xəbər verir ki, xərçəng şişlərinin kütləvi səbəblərindən biri mutasiya - orqanların hüceyrələrində baş verə biləcək dəyişikliklərdir. Bu proses bir hüceyrədə baş verib, sonradan çoxala bilər.


Hüceyrə DNT-sinin gündəlik bölünməsi və onların oksidləşmə nəticəsində zədələnməsi baş verə bilər. Bədən gənc və enerji ilə dolu olduqda, bu proseslər sağlamlıq üçün dağıdıcı nəticələr olmadan inkşaf edə bilir.

Ancaq yaş artdıqca, bədən davam edən dəyişikliklərə daha həssas olur və mutasiyalar daha tez-tez xərçəng şişinin görünüşünə səbəb olur.
İndiyə qədər elm adamları irsiyyət və insanların həyat tərzində mənfi amillərin xərçəngə səbəb olan mutasiyaların meydana gəlməsinə kömək edə biləcəyinə inanırdılar.


Lakin Flinders Universitetini (Avstraliya) təmsil edən tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, xərçəng şişi “daxilidən böyüyə”, yəni bədənin hüceyrələrində bəzi molekulyar dəyişikliklər nəticəsində yarana bilər.

Bir çox insanın bədənində mövcud olan bir makromolekulun DNT-də meydana gətirdiyi dəyişikliklər səbəbiylə "içəridən xərçəng" meydana gələ bilər.

Dairəvi RNT müxtəlif yerlərdə DNT-yə bağlana bilir və nəticədə genetik zəncirdə dəyişikliklər baş verir və onun qırılması ilə nəticələnir. Hüceyrə həyatda qalmaq üçün DNT təmir mexanizmini işə salır, lakin bu proses həmişə mükəmməl olmur.


Tədqiqarlar göstərir ki, bu proses nəticəsində yaranan mutasiyalar istənilən, hətta sağlam hüceyrədə bədxassəli transformasiyaya səbəb ola bilər. Onların fikrincə, hüceyrələrdə çoxlu sayda dairəvi RNT molekullarının aşkarlanması xərçəngin erkən mərhələdə aşkarlanmasına imkan yaradır.


Aynurə Məmmədova