Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəng hüceyrələrini öldürməyin yeni üsulu aşkarlandı

  • 2020.09.30 11:06
  • 5110 Baxış
Xərçəng hüceyrələrini öldürməyin  yeni üsulu aşkarlandı


ABŞ-dakı Sanford Bernem Prebis Tədqiqat İnstitutunun alimləri bloklandıqda sağlam hüceyrələrə toxunmadan xərçəng hüceyrələri ilə mübarizə apara bilən hüceyrə mexanizmi kəşf ediblər. Söhbət müxtəlif maddələrin ötürüldüyü hüceyrə nüvəsində zülal məsamələrinin sintezindən gedir.

Medicina.az xəbər verir ki, xərçəng xəstəliyinin yeni potensial müalicəsi barədə “MedicalXpress” veb-saytında yerləşdirilən press-relizdə elan edilib.

Tədqiqatçılar xərçəng hüceyrələrinin molekulların nüvə məsamələri arasındakı hərəkətindən çox asılı olduğu barədə fərziyyəni yoxlayıblar. Yeni zülal kompleksləri (Nüvə məsamələri ondan yaranır) sürətlə bölünən hüceyrələrdə, xüsusən şiş hüceyrələrində meydana gəlir. Bu səbəbdən bu komplekslərə yönəlmiş dərmanlar yalnız bədxassəli hüceyrələri öldürməlidir.