Kərəviz faydaları saysız-hesabsız olan tərəvəzlərdən biridir.
Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, bu tərəvəz tərkibindəki “apigenin” sayəsində xərçəng genini hədəf alır və xərçəng hüceyrələrini öldürür.
Kərəviz tərkibindəki antioksidantlar, flavonoidlər və apigenin komponenti sayəsində xərçəng əleyhinə xüsusiyyətlərə malikdir.
Araşdırmalar göstərir ki, kərəviz həftədə iki dəfə istehlak edildikdə xərçəng ehtimalını xeyli azaldır.
“Apigenin” antiinflamatuar xüsusiyyətlərə malikdir və xərçəng hüceyrələrinin böyüməsini dayandırır. Kərəvizin ehtiva etdiyi “ftalid”lər isə xərçəng hüceyrələrini və xərçəng genini məhv edir. Bu təsiri sayəsində kərəviz bağırsaq xərçənginə qarşı da qoruyucu təsir göstərir.
Mütəxəssislər kərəvizin xərçəngə qarşı qoruyucu təsirindən yararlanmaq üçün həftədə ən azı iki dəfə istehlak etməyi tövsiyə edirlər.
Aysel