Bir çox həkimlər şiş hüceyrələrinin aclıqdan öldüyünü deyir.
"Medicina" xəbər verir ki, Almaniyanın Xərçəng tədqiqatı mərkəzi xərçəng hüceyrələrində əvvəllər məlum olmayan LYSET geni aşkar ediblər.
Bu gen xərçəng xəstəsi ac qalarsa, şiş hüceyrələrinə onun zülalı ilə qidalanmağa imkan verir.
Xəstədə qidalı maddələr çatmazsa, hüceyrələr alternativ olaraq zülalla qidalanır.
Ona görə də xəstənin aclıqla şişlərə qalib gəlməsi mümkün deyil.
Siçanlar üzərində aparılan təcrübədə alimlər LYSET geni itirilərsə, bəzi şiş hüceyrələrinin böyüməsinin qarşısını almağın mümkün olduğunu sübut edib.
Şiş hüceyrələrinin amin turşusu aclığı yaşaması lazımdır.
Aygün Musayeva