Bütün dünyada onkologiyadan ölüm 3-cü yerə qalxıb. Kovid pandemiyası dövründə xərçəng xəstələrinin sayı daha da artıb.
Medicina.az xəbər verir ki, rusiyalı onkoloq Vasiliy testov insanda xərçəngin əmələ gəlməsinin səbəblərini açıqlayıb.
“Onkologiya insan genetikasında hüceyrə səviyyəsində əsaslanmış xəstəlikdir, insanda nə vaxtsa oyanıb büruzə verib-verməyəcəyi dəqiq məlum deyil, bu bir çox tətikləyici faktorlardan asılıdır.
İnsanın işi, peşəsi, həyat tərzi, zərərli vərdişləri, hətta ailənin gəliri belə onkologiyaya təsir edir. Çünki maddi imkanlı şəxsrlər müntəzəm çek-uplardan keçir, vaxtında müalicə alır.
Çoxları deyir ki, irsən ötürülür. Bu belə deyil. Bir nəsildə əksər qadınlar süd vəzi xərçəngi olursa, deməli bu nəsildə zərərli vərdişlər ötürülüb. Nənə siqaret çəkibsə, qızları, nəvələri çəkib, ana yağda perojki bişirib yeyibsə, deməli, bu ənənə ötürülüb.
Baba, ata siqaret çəkib, uşaqları da çəkir.
Genetik olaraq xərçəngə meyilli insanlar digərlərindən daha ayıq olmalı, ildə 2 dəfə testlər verməlidir. 40 yaşından sonra isə nəcisdə gizli qan analizi mütləqdir”.
İnsanı narahat etməli olan simptomlar:
- Səbəbsiz qızdırma, bədən hərarətinin xəstəlik olmadan qalxması,
- Ümumi halsızlıq, başgicəllənmə
- Səbəbsiz arıqlamaq
- Bədəndə xalların rəngi və ölçüsünün dəyişməsi
- Analizlərdə dəyişikliklər
MEDİCİNA.AZ