Xərçəngin əmələ gəlmə səbəbləri müxtəlif ola bilər. Onkofobiya – yəni xəstəlikdən qorxmaq, xərçəngin özündən daha pisdir. İnsan daim xəstələnmək və qarşısı alına bilməyən ölüm qorxusu içərisindədir.
“Medicina” xəbər verir ki, kardioloq Anna Koreneyeviçin sözlərinə görə, onkoloji prosesə başlamaq üçün kanserogenlərin uzun müddət təsiri olmalıdır.
Tibbi nöqteyi-nəzərdən bunlar:
• Zərərli qidalanma
• piylənmə
• oturaq həyat tərzi
• siqaret, spirt
• irsiyyət
• radiasiya, sənaye emissiyalarıdır.
Xərçəng və aterosklerozun səbəbləri eynidir. Bundan əlavə, onkologiya ilə ürək-damar xəstəlikləri, xüsusən də onların kəskin təzahürləri arasında sıx əlaqə artıq sübut olunub.
Bu təəssüf ki, sağlam həyat tərzi keçirən insanların heç vaxt xərçəng xəstəliyinə tutulmayacağı demək olmaz. Düzgün qidalanma, fiziki fəaliyyət, pis vərdişlərin olmaması yalnız riski azaldır.
Stressin aradan qaldırılması yaxşılaşmaya, bəzi hallarda isə tam sağalmaya gətirib çıxaracaq.
Araşdırmalara görə, artıq kortizol hormonu (stress hormonlarından biri) təzyiqin və qan şəkərinin səviyyəsinin artmasına, piylənməyə, dərinin incəlməsinə səbəb olur.
İmmunitet sisteminin zəifləməsi, həzm pozğunluğu, potensialın zəifləməsi, yuxusuzluq, əsəbilik və aqressivlik də ola bilər.
Kortizol qarın bölgəsində piylənmə ilə özünü göstərir. Bu qarın bölgəsindəki hüceyrələrin kortizola bir neçə dəfə daha həssas olması ilə əlaqədardır”.
Aynurə Məmmədova