Alimlər şiş hüceyrələrinə qarşı orqanizmi davamlı edən, metastazları ləngidən, sağlam insanlarda isə xərçəng riskini azaldan, qoruyan qida maddələrini və menyunu hazırlayıblar.
Xərçəngi gözləmədən, elə indidən rasionunuza dəyişiklik edin.
- Şişlərin böyüməsinə qarşı: skumbriya balığı, seld, kələm növləri, fıstıq, püstə, katrof
Bu qidaların hamısında selenium vardır. Bu maddə kanserogen maddələri zərərsizləşdirir
- Zəncəfil – tərkibində qineqrol vardır ki, xərçəngin düşmənidir
- Alma, qara üzüm, pomidor, qırmızı soğan – kversetinlə zəngindir, hüceyrəni DNT səviyyəsində qoruyur. Sərbəst radikalları zərərsizləşdirir, şiş hüceyrələrini onlar yayılmağa başlamadan məhv edir
- Sarıkök – bütün qarnirlərə sarıkök əlavə edin. Ən güclü xərçəng əleyhinə vasitədir.
Bağırsaq, sümük, süd vəzi, prostat vəz xərçəngində effektivdir
- Zeytun yağı – bütün isti və soyuq yeməkləri təmiz sıxılma zeytun yağı ilə hazırlayın.
Bu yağda olan oleokantal xərçəng hüceyrəsinin daxilinə kimi gedib çıxa bilir.
Gündəlik menyuda qidalar bu miqdarda seçilməlidir: 55% karbohidrat, 30% yağ, 15 % zülal
Menyu nümunəsi:
Şorba: balıq, tərəvəz, göbələk, noxud, lobya, mərci
Əsas yemək: təzə salat, buxarda hazırlanmış tərəvəz, balıq, hind quşu, toyuq əti (yağsız)
İçkilər: giləmeyvə kompoty, kefir, ayran, kisel, yaşıl çay
Yağ bazası kimi qoz, fındıq, çərəzlər istifadə edilə bilər.