Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəng diaqnozunu dəqiqliklə qoyan süni intellekt proqramı hazırlandı

  • 2024.06.11 22:58
  • 752 Baxış
Xərçəng diaqnozunu dəqiqliklə qoyan  süni intellekt proqramı hazırlandı
Şotlandiyalı tədqiqatçılar xərçəngi yüksək dəqiqliklə aşkar etmək üçün süni intellektdən istifadə edən kompüter proqramı hazırlayıblar.

Medicina.az xəbər verir ki, Qlazqo Universitetinin süni intellekt mütəxəssislərindən və xərçəng alimlərindən ibarət qrup xərçəng xəstəliklərinin diaqnozunu asanlaşdırmaq üçün süni intellekt texnologiyasından istifadə edib.

Tədqiqatçılar hazırladıqları HPL adlı proqram sayəsində xərçəng diaqnozunun daha asan və daha sürətli qoyula biləcəyini açıqlayıblar.

Tədqiqat çərçivəsində ABŞ Xərçəng İnstitutunun Xərçəng Genom Atlası verilənlər bazasında olan 452 xəstənin ağciyər toxuması nümunələrinin minlərlə yüksək keyfiyyətli görüntüləri toplanıb. Tədqiqatçılar şəkilləri təhlil etmək üçün öz-özünə öyrənə bilən alqoritm hazırlayıblar.

Şəkilləri minlərlə kiçik kvadratlara bölən alqoritm toxuma nümunələrində hüceyrələrin vizual xüsusiyyətlərini tanımaq və təsnif etmək prosesində 99 faiz dəqiqliklə nəticə göstərə bilib.

Həkimlər xərçəngin təkrarlanma ehtimalını və zamanını 64 faiz nisbətində dəqiq proqnozlaşdırarkən, HPL-də bu nisbətin 72 faiz olduğu müşahidə edilib.

Digər tərəfdən, tədqiqatçılar bu süni intellekt sistemi ilə döş və prostat vəzi xərçəngi də daxil olmaqla, 10 xərçəng növündə ardıcıl nəticələr əldə ediblər.

Araşdırmanın nəticələri "Nature Communications" jurnalında dərc edilib.


Aysel