Ekspertlər xərçəng xəstəliyi diaqnozu qoyulmuş insanlardan öncə hansı əlamət və hisslər keçirdikləri soruşulub. Xəstələrin əksəriyyəti oxşar hissləri sadalayıblar.
Bakupost.az xəbər verir ki, daha çox təkrarlanan 4 hiss onkoloji xəstəliklərdən öncə rast gəlinib.
Ekspertlər bu hisslərə əsasən insanın orqanizmində hansısa proses başladığından şübhələnə biləcəyini deyir.
Xəstələrin diaqnozdan öncə hiss etdiyi fiziki dəyişikliklər o qədər qeyri-spesifik olur ki, çox zaman xəstəyə, hətta həkinə də aydın olmur.
70% onkoloji xəstələrə xarakterik 4 hiss bunlardır:
- Təngnəfəslik
- Səbəbsiz ağrılar, xüsusən gecə
- Öskürək
- Zəiflik, yorğunluq
Əgər bu 4 əlamətin hamısı varsa, mütləq həkimə müayinəyə gedin.
Aygün Musayeva
BakuPost