Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xərçəng dərmanlarını 15-16 yaşlı uşaqlara satırlar - İdman zallarındakı şok qanunsuzluq

  • 2018.12.25 13:58
  • 19809 Baxış
Xərçəng dərmanlarını 15-16 yaşlı uşaqlara satırlar -  İdman zallarındakı şok qanunsuzluq
"2019-cu ildə qanunsuz dövriyyə ilə əlaqədar böyük işlər aparmağa çalışırıq. Bunun üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başlayırıq, bir neçə əməliyyat planlaşdırırıq".


Medicina.az-ın Modern.az-a istinadən xəbərinə görə, bunu Milli Antidopinq Agentliyinin rəhbəri Şəfəq Hüseynli 2018-ci il üzrə illik hesabatının təqdimatında deyib.


O bildirib ki, dopinqin istifadəsi sosial problemə çevrilib:


"Bir çox fitnes mərkəzlərində bu vasitələrdən istifadə olunur. Güclü təsiredici vasitələri, xərçəngdə, hormonal problemlərdə istifadə olunan dərmanları 15-16 yaşlı uşaqlara satırlar. Bu işin üstünə ciddi düşməyi planlaşdırırıq. Fitnes strukturlarının dərmanları cavanlara, azyaşlı uşaqlara satması tamamilə qanuna ziddir". 


Ş.Hüseynli qeyd edib ki, dopinqə düşən dərmanların bazası hazırlanır, bununla idmançılar həmin bazada dərmanları tapa biləcəklər.