İnternetdə artıq MDB məkanına da gəlib çatmış, guya xərçəng, QİÇS kimi xəstəlikləri müalicə edən xüsusi dərman kimi təqdim edilən maye şəklində dərmanın tərkibi paltar ağardıcı məhlulun tərkibindədir. İnsanlar bu vasitəni sifariş edib, sağalacaqları ümidi ilə qəbul edir.
Medicina.az xəbər verir ki, bu barədə ABŞ Sanitar nəzarət departamenti (FDA) məlumat yayıb və xəbərdar edib.
Bu məhlul internetdə müxtəlif saytlarda "Möcüzə mineral məhlul”, "Mineral əlavə” və ya MMS adı altında satılır.
Analizlər göstərib ki, dərmanda 28% natrium xlorid, distillə olunmuş su var. Onu limon suyu ilə qəbul etmək tövsiyyə olunur.
Bu zaman kimyəvi reaksiya gedərək, dioksid xlorid yaranır ki, bu da güclü ağardıcı maddəyə bərabərdir.
Çox reklam onun möcüzə dərman bir çox ağır xəstəliklər, QİÇS, VİÇ, xərçəngin qarşısını alan və sağaldan kimi təriflənir, hətta guya müxtəlif pasiyentlərdən rəylər də yerləşdirilib.Eləcə də bu məhlulun autizmi sağaltması yazılıb. Qiyməti 30 dollardır.
Bu məhlulu içdikdə insanda zəhərlənmə, mədə yanğısı, orqanizmin susuzlaşması, ürəkbulanma, qaraciyərin sıradan çıxması baş verə bilər.
ABŞ bütün ölkələrə bur dərmanı almamaq barədə xəbərdarlıq göndərib.