Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hovuz suyu bu xəstəliklərə səbəb olur – TÜRKİYƏLİ UZMANXƏBƏRDARLIQ!

  • 2019.07.02 14:02
  • 5940 Baxış
Hovuz suyu bu xəstəliklərə səbəb olur – TÜRKİYƏLİ UZMAN XƏBƏRDARLIQ!

Yay mövsümündə insanlar sərinləmək üçün dənizə və ya həyətlərində imkanı varsa hovuza girirlər. Ortodontiya üzrə uzman həkim, türkiyəli Cihan Çapan bu barədə deyir ki, hovuz suyu diş və damaq sağlamlığına mənfi təsir edir.

 

Medicina.az maraqlı açıqlamanı təqdim edir.

 

Həkimin sözlərinə görə, hovuzda vaxt keçirən insanlar ehtiyatlı olmasalar.

 

Diş əti və ağız problemləri ilə üz-üzə qala bilər: "Üzmə hovuzları üçün  ideal ph səviyyəsi 7,2 ilə 7,6 arasıdır. Bu normadan aşağı olsa, dişlərdə eroziya meydana gələcək. Mina qatı zədələnəcək. Normadan yuxarı olan ph səviyyəsi isə dişlərin sarı və qəhvəyi rəngli olmasına səbəb verir. Bu rənglər asanlıqla diş həkimləri tərəfindən təmizlənir. Lakin hər bir şəxs estetik cəhətdən gözəl görünməyən bu durumdan qorunmalıdır. Həmçinin hovuza girməzdən əvvəl yemək  və yaxud hər hansı qida qəbul etsəniz, dişlərinizi fırçalayın. Ümumilikdə isə dişlərin sağlamlığını qorumaq üçün qazlı içkilərdən uzaq durmaq lazımdır”.

 

 

 Ayna Məmmədova

 Medicina.az