Bir neçə həftə əvvəl müalicə üçün Moskvaya gedən müğənni Xatirə İslam dünən əməliyyat olunub.
Medicina.az xəbər verir ki, bu barədə sənətçi instaqramda video yayıb. Nədən əməliyyat olunduğunu deməsə də, narkozdan ayılan kimi “Xudayar təsnifi”ni oxuyan müğənni bildirib ki, palatada olduğu üçün yüksək səslə ifa edə bilmir.
“Ayılan kimi bu mahnı dilimə gəldi, Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - o qeyd edib.
Qeyd edək ki, Xatirə İslam bir müddət əvvəl ana olmaq üçün müalicə aldığını açıqlamışdı. “İki ildən artıqdır ki, müalicələr edirəm. Xanımlar bilir ki, hormonal dərmanlar ziyandır. İki il fasiləsiz onlardan istifadə etmişəm ki, yenidən ana olum. Hər dəfə yazırlar Xatirə ana olacaq. Normal qadınam, olmalıyam. Amma olanda açıqlayacam. Keyfiyyətsiz həkimlərin müalicəsi nəticəsində 20 kiloqram çəki aldım.