Son bir həftə ərzində Amerika Birləşmiş Ştatlarında, Avropada, xüsusilə İtaliyada koronavirus daha geniş vüsət alıb.
Mövcud vəziyyət xaricdə yaşayan, xüsusilə təhsil alan azərbaycanlılar üçün bir səra çətinliklər yaradır.
Baku TV vəziyyəti dəyərləndirmələri üçün xaricdə təhsil alan bir neçə azərbaycanlı tələbə ilə əlaqə saxlayıb.
“Bildiyiniz kimi, “Emilya Romanya” koronavirusa yoluxanların sayının çox olduğu ikinci yerdir. Ona görə də mən Umbriya regionuna gəlmişəm. Bir neçə gündür, buradayam . Hazırda baş nazirin sərəncamına əsasən, iaşə obyektləri bağlanıb. Yalnız mağazalar və bir neçə restornalar açıqdır.
Onlar da çatdırılma sisteminə görə qalıblar. Mağazalarda hələlik böyük bir qıtlıq yoxdur. Amma mağazalarda insanları bir metrdən çox yaxına qoymurlar. Sıxlıq yaranmasın deyə, insanları 5-10 nəfərdən artıq buraxmırlar”, - İtaliyada təhsil alan Abbas Zeynallı qeyd edib.
“ABŞ-da gündən-günə koronavirusa tutulanların sayı artır. İnsanlar artıq bir-biri ilə fiziki təmasa girməkdən çəkinirlər. Amma gün ərzində bir-iki insan görə bilərik ki, maskalardan istifadə edirlər. Lakin təmizləyici vasitələrdən daha çox istifadəyə şahid oluruq. Demək olar marketlərdə, apteklərdə təmizləyici maddələr qalmayıb. Onlayn sifarişdə isə qiymətləri qaldırıblar. 160-170 dollara qədər”, ABŞ-da yaşayan Rüstəm deyir.