"Daşdan yumşaq nə verirlər onu yeyirəm"
Medicina.az xəbər verir ki, bu sözləri Bakupost.Az-a müsahibəsi zamanı keçmiş.
Metropoliten rəisi Tağı Əhmədov bildirib. Sağlamlığı haqqında danışan keçmiş rəis bildirib ki, hazırda heç bir idmanla məşğul olmur.
"Vaxtilə idmanla məşğul olmuşam. İndi mən yaşda adama idmanla məşğul olmaq və yürüş olmaz. Əgər bilmirsənsə, mən yaşa gələndə qətiyyən idmanla məşğul olma. Ancaq üzürəm bəzən. Ən əsası gündəlik duş qəbul etməklə qoruyuram sağlamlığımı. Bu yaşda idmanla məşğul olmaq doğru deyil".
Xüsusi əməl etdiyiniz bir sağlamlıq düsturunuz var? - sualına isə o, özünəməxsus cavab verib:
"Daşdan yumşaq nə verirlər onu yeyirəm. Demirəm bunu istəmirəm, onu istəmirəm. Amma şəkərim olduğuna görə, tutaq ki, indi stolda konfet filan var, onlardan qaçıram. Görürsünüz, sizə heç çay da vermirlər. Amma jurnalistlərə çox düz edirlər.
- Şəkəri olduğunu bildirən Tağı Əhmədov buradakı həkimlərə tez-tez getmədiyini də bildirib:
-"Həkimə tez-tez getmirəm. 2004-cü ildə Almaniyada dedilər, şəkəriniz var. O şəkərə qarşı dərman atıram. Bu gün də onu davam etdirirəm. Və birdən olur da, tamahdır, güc gələndə şəkər qalxır 180-nə. Özümü saxlayanda 130-a düşür. Bunu tənzimləmək də olur, tənzimləməmək də. Bizdə Allaha şükür indi hər gün toydur. Bir dəfə Karlovı Varıda dincəlirdik. Bir nəfər dedi, gedək yeməyə. Dedim yemirəm, bir az arıqlamaq istəyirəm. Su da içirdim, gəzirdim doğrudan da. Məsələn, bu dəfə Karlovı Varıda yayda olanda bir 10 kq arıqladım. Dedilər ki, nə olsun, səhər gedəcəksən. Gedən kimi də dalbadal bir üç toya getsən, vəssalam, çəkini qaytaracaqsan. Doğrudan da elə olur".
Həkimlərin ancaq pul alıb, cibə baxdığını bildirən keçmiş rəis, həkimlərə şeir yazdığını da bildirib:
"Məsələn,bir dəfə həkim haqqında şeir yazmışdım. Buradakı həkimlərə oxuyurdum. Dedim, amma bu siz deyilsiniz də. Bu xaricdə olan həkim idi. Getdin, ancaq pulunu alırlar, ancaq cibinə baxırlar. Və hər şey də edirlər. Amma xəstəlik yerindədir. Xəstəlik keçmir. Məsələ onda deyil. Məsələ bircə şeydədir ki, həqiqət naminə hər şey etmək olar. Düzgünlük naminə".
Həmin videonu təqdim edirik: