Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xaricdə istirahətdən hansı təhlükəli xəstəlikləri gətirə bilərsiz? – Hər ölkənin öz xəstəliyi varmış

  • 2019.07.10 15:27
  • 8524 Baxış
Xaricdə istirahətdən hansı təhlükəli xəstəlikləri gətirə bilərsiz? –  Hər ölkənin öz xəstəliyi varmış

Yay istirahətində müxtəlif yaxın – uzaq ölkələrə istirahətə gedən insanlar adətən bir sıra xəstəliklər, simptomlarla qayıdırlar və bir müddət sonra orqanizmdə  qəribə hallar baş qaldırır. Mütəxəssislər illərdir xəbərdarlıq edir ki, insan ekzotik ölkədən nəinki zəngin təəssüratla, hətta bir çələng ekzotik xəstəlik, virusla da qayıda və bir çox insanları da yoluxdura bilər.



Medicina.az turistlərin hansı ölkədə hansı xəstəliklərə tutulma ehtimalını araşdırıb. Elə ölkələr var ki, orda insanın daha çox hansı problemlərə tutulması ehtimalı yüksəkdir. 



Misir, Tunis – tif və quduzluq 



Tunisdə yarasalar çoxdur və onlar insanı dişləyir. Bu da quduzluq yarada bilir. 

Misirdə isə havanın çox isti və bazarlarda, açıq havada qidaların, şirin içkilərin, meyvələrin tez xarab olmasından tif xəstəliyinə tutulurlar. 

Eləcə də qarın yatalağı qaçılmazdır.



Türkiyə - dizenteriya, Hepatit A



Otellərdə ümumi baseynlərdə su bəzən vaxtında dəyişdirilmir, bir hofuza eyni anda 200 nəfər daxil olur. Su və qida ilə hepatit A yayılır. Eləcə də meyvə, tərəvəzlər yaxşı sanitar işlənmədiyindən Türkiyədə elə istirahətdə ola-ola qarında pozulma, qızdırma, qusma, dizenteriya başlayır və Türkiyədə turistlər ən çox bu problemlə təcili yardımlara üz tutur.



Hindistan – şistosomoz və amöb ensefaliti



Ensefaliti Hindistanın təzə tərəvəzlərini yedikdə də yoluxa bilərsiz. Şistosomoz isə təbii su höfzəsində çimmək, yuyunmaq, bulaqdan və ya hansısa axar su olan yerdən su içərkən yoluxur. Ona görə bu ölkədə suyu marketdən alıb için.



Afrika, Meksika – Zika virusu, malyariya, denq qızdırması



Bütün bunları həşəratlar, ağcaqanadlar, moskitlər yayır. Keniya, Mərkəzi Afrika bu baxımdan təhlükəlidir. Gedərkən peyvəndlər vurdurun.



Ərəbistan, Dubay- leptospiroz və dəvə qripi



Birinci xəstəliyi gəmiricilər, siçanlar yayır. Harasa toxunursuz və əlinizi yumursuz, ağızla keçir.  İkincisi dəvə qripi isə sadəcə xəstə dəvəyə minib gəzərkən yoluxursuz. Ona görə harda oldu dəvəyə minməyin.



Kuba, Kipr – müxtəlif yad, təhlükəli parazitlər



Bu ölkələrdə qumda uzanmaq, ayaqyalın gəzmək, adi su içməklə də qurda yoluxa bilərsiz. Helmintlər dəri səthini də yarıb keçir



Cənubi Amerika – sarı qızdırma



Ağcaqanad və daşıyıcı insanlardan, yerli əhalidən yoluxur. Müalicəsi var. Ölüm faizi də az deyir. Buna qarşı mütləq 2 ay öncə peyvənd olunub, sonra viza alın. 



Avropa: salmonelloz və gəmə ensefaliti



Salmonella qida, su və heyvanlara olur. Bişirildikdə də ölmür. Gənələr isə Avropa meşələri, parkları, talalarında çox rast gəlinir. Gənələrə qarşı tədbirli olun. 

 

Dəri–zöhrəvi xəstəliklər



İstənilən ölkədə tutula bilərsiz. Daha çox Tailand, Malayziya, Tayvan, Asiya ölkələrindən QİÇS, qonoreya gətirilir. Kişilər istirahətdə ötəri qadınlarla ötəri münasibətdən özünü qorumasa, hələ çox xəstəlikləri ölkələrinə gətirəcək.

 





Xaricdə istirahətdən hansı təhlükəli xəstəlikləri gətirə bilərsiz? –  Hər ölkənin öz xəstəliyi varmış